...

Futbolçu Ceyhun Sultanovun Türkiyənin "Eskişəhərspor"a keçməsi baş tutmadı

Cəmiyyət Materials 26 Dekabr 2006 13:11 (UTC +04:00)

"Bakı" futbol klubunun yarımmüdafiəçisi Ceyhun Sultanovun Türkiyənin birinci liqada çıxış edən "Eskişəhərspor"a keçməsi baş tutmadı.

Trend xəbər verir ki, oyunçunun danışıqları uğurla nəticələnməyib, tərəflər məsələnin maliyyə hissəsində razılaşmayıblar. Türklərin təklif etdiyi məbləğ onu qane etməyib və o, Azərbaycana qayıdaraq "Xəzər"də oynamaq qərarına gəlib.

Qeyd etmək lazımdır ki, birinci dövrəni bitirdikdən sonra futbolçu lənkəranlılar üçün oynamağa razılıq vermişdi, lakin vədinə xilaf çıxıb Bosfor sahillərində xoşbəxtlik axtapmağa yollanmışdı.

Hazırda Azərbaycan yığmasının futolçusu sərbəst agent statusundadır, lakin çox güman ki, çempionatın lideri olmuş "Xəzər"lə müqavilə bağlayacaq.

Xəbər lenti

Xəbər lenti