...

Azərbaycanın Gənclər və İdman Nazirliyi ən yaxşı idmançıları mükafatlandıracaq

Cəmiyyət Materials 26 Dekabr 2006 13:43 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın ən yaxşı idmançıları dekabrın 26-da "Gülüstan" Sarayında mükafatlandırılacaqlar.

Trend xəbər verir ki, mərasimdə ən yaxşı atletin mükafatını bu mövsümdə Avropa çempionatında "bürünc" medal qazanmış, Dünya çempionatında ikinci olmuş, eləcə də "Qızıl Qra-Pri"də və Bakıda keçirilən hərbi qulluqçular arasında mundialda qələbə qazanmış yunan-Roma güləşçisi Rövşən Bayramov alacaq. Nazirliyin nominasiyasında ikinci yeri güləş məktəbinin daha bir nümayəndəsi - "sərbəst güləşçi" Namiq Abdullayev tutub. Onun ardınca taekvando üzrə Avropa çempionu İlkin Şahbazov, cüdo üzrə Avropa çempionu Elnur Məmmədli, güllə atıcılığı üzrə gənclər arasında Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova, boks üzrə Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov, voleybolçu Natalya Məmmədova, pauerliftinq üzrə peşəkarlar arasında dünya çempionu Rüfət Ağayev, WKF versiyası üzrə Dünya çempionatının gümüş mükafatçısı Qurban Tağıyev və kikboksinq üzrə Avropa və Dünya çempionu Eduard Məmmədov gəlir.

Xəbər lenti

Xəbər lenti