...

Millət vəkili Asim Mollazadə: "Əhalinin əsas şikayəti qazın verilməməsi ilə bağlıdır"

Cəmiyyət Materials 26 Dekabr 2006 16:00 (UTC +04:00)

"Mən millət vəkili kimi seçiçilərlə tez-tez görüşürəm və onlar prezident İlham Əliyevin fəaliyyətindən razıdırlar." Trend in məlumatına görə, bu sözləri Milli Məclisin dekabrın 26-da keçirilən iclasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Sonunçu dəfə dekabrın 25-də seçiçilərlə görüşdüyünü deyən A.Mollazadə qeyd edib ki, onlar bir sıra məsələlərdən şikayət ediblər: "Əhalinin əsas şikayəti qazın verilməməsi ilə bağlıdır. Seçicilər bildirirlər ki, onlara verilən mavi yanacaq tez-tez kəsilir. Ola bilsin ki, kiminsə istifadə etdiyi qazın pulunu ödəməyə imkanı çatmır. Amma vaxtı-vaxtında qazın pulunu ödəyən insanların da qazı kəsilir. Belə çıxır ki, məmurlar xalqa qarşı düşmənçilik edirlər."

A.Mollazadə vurğulayıb ki, qazın, işıqın və suyun vaxtı-vaxtında verilməməsi, heç bir əsas olmadan kəsilməsi əhalinin ciddi narazılığına səbəb olur.

Xəbər lenti

Xəbər lenti