...

Mətbuat Şurasının sədri Gəncədə KİV nümayəndələri və icra başçısı ilə görüş keçirib

Cəmiyyət Materials 26 Dekabr 2006 17:43 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yerli kütləvi informasiya vasitələrinin durumu ilə tanış olmaq məqsədilə Gəncəyə səfər edib. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. İkigünlük səfərdə məqsəd Gəncədə kütləvi informasiya vasitələrinin durumu, jurnalistlərin informasiya alma hüquqlarının təminatı sahəsində görülən işlərlə tanış olmaq, regional medianın qarşılaşdığı problemləri müzakirə etmək və mövcud çətinliklərin aradan qaldırılması yollarını aramaqdır.

Şura sədri yerli KİI-lərdə görüşlər keçirib. O, həmçinin Gəncə Media Mərkəzinin açılışında iştirak edib. Buradakı çıxışında Mərkəzin Gəncə şəhərində, eləcə də bütövlükdə qərb bölgəsində oynadığı rolun əhəmiyyətinə toxunub.

Ə.Amaşovun Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla bugünkü görüşündə isə yerli medianın durumu ətrafında geniş fikir mübadilələri aparılıb.

Qeyd edək ki, hazırda Gəncə şəhərində 26 qəzet və 2 telekanal fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti