...

Bakı ofisinin rəhbəri: "YUNİSEF Azərbaycanda təhsil islahatlarına yardımını davam edəcək"

Cəmiyyət Materials 26 Dekabr 2006 18:00 (UTC +04:00)

YUNİSEF Azəçrbaycanda təhsil islahatlarına dəstək olmağa və yardımı davam etdirməyə hazırdır. Trend in verdiyi xəbərə görə, bu barədə təşkilatın Bakı ofisinin rəhbəri Xana Sinqer Azərbaycan Təhsil Nazirliyində birgə fəaliyyət planının yekunlarına həsr olunmuş iclasda bəyan edib.

Azərbaycan höküməti ilə YUNİSEF arasında imzalanmış fəaliyyət planı çərçivəsində ölkədə təhsil sisteminin islah olunması sahəsində əhəmiyyətli iş görülüb. Bu barədə, Azərbaycanın təhsil naziri Misir Mərdanov iclasda qeyd edib. "YUNİSEF-in və nazirliyin birgə layihələri 200 məktəbəqədər və orta təhsil müəssisələrini, mütəxəssis hazırlanma və ixtisasartırma kurslarını, həmçinin 18 min uşaq və şagirdi, 4500 valideyni, 1500 müəllimi və 860 mütəxəssisi əhatə edib", - deyə nazir söyləyib.

İclasda gələn il üçün yeni fəaliyyət planının işlənib hazırlanmasının vacibliyi qeyd olunub. M. Mərdanov nazirliyin mütəxəssislərinə gələcək əməkdaşlıq üçün prioritet sahələr hazırlamaq barədə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti