...

Azərbaycan zəvvarları Həccin əsas ayinlərinin icrasına hazırlaşırlar

Cəmiyyət Materials 27 Dekabr 2006 14:07 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan şöbə rəisi Azad Bağırov Trend ə bildirib ki, Azərbaycan zəvvarları Həccin əsas ayinlərinin icrasına hazırlaşırlar.

QMİ nümayəndəsi bildirib ki, bu gün axşam azərbaycanlı zəvvarlar Məkkədən Minaya, oradan da Arafata yola düşəcəklər ki, burada üç gün ərzində Həccin əsas ayinlərini yerinə yetirəcəklər - şeytana daş atmaq, qurban kəsilməsi və s. A.Bağırovun sözlərinə görə, bütün azərbaycanlı zəvvarlar sağ və salamatdırlar, müqəddəs ziyarətin ayinlərinin icrasına hazırlaşırlar.

Xatıraladaq ki, bu il 4500 Azərbaycan vətəndaşı Həcc ziyarəti həyata keçirir, təxminən 700 yer ziyarəti təşkil etmək üçün lisenziyası olan özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti