...

Sankt-Peterburqda Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə bayram tədbiri keçirilib

Cəmiyyət Materials 27 Dekabr 2006 19:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Perterburq şəhərindəki Baş Konsulluğu və Milli Mədəni Muxtariyyatın birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə Sankt-Peterburqun "Kurakin" sarayında geniş tədbir keçirilib. Bu barədə Trend ə Baş Konsulluqdan məlumat verilib.

Tədbirdə Baş Konsul Qüdsi Osmanov, Azərbaycanlıların Milli Mədəni Muxtariyatının sədr müavini Əli Salmanov, Sankt-Peterburq hökumətinin Beynəlxalq əlaqələr Komitəsinin məsul işçisi I.Juçkov, Sankt-Peterburqda fəaliyyət göstərən "Milli Liqanın" sədri K.Tsakiyev və Azərbaycan diasporunun üzvləri ailə iştirak ediblər.

Bayram tədbirində çıxış edən natiqlər Azərbaycanın ümümmilli Lideri H.Əliyevin təşəbbüsü nəticəsində hər il qeyd olunan milli həmrəylik gününün dünyada azərbaycanlıların birliyində böyük rol oynadığını, müasir Azərbaycanın sürətlə inkişaf etdiyini, Azərbaycan-Rusiya dostluq münasibətlərin gündən-günə gücləndiyini, tezliklə Ermənistan tərəfindən işğal olunmuş bütün torpaqların azad olunması arzularını vurgulayıblar. Həmin gün Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Xarici İşlər Nazirliyi hüquq şöbəsinin müdiri R.Əliyev tədbir iştirakçilarına XİN-nin salamlarını çatdıraraq Prezident İlham Əliyevin xarici siyasəti barədə məlumat verib.

Tədbirdə 300 nəfər üçün Azərbaycan mətbəxindən ibarət süfrə açılıb, Sankt-Peterburqda fəaliyyət göstərən "Çinar" uşaq ansamblının çıxışı, azərbaycanlı şairlərin şeirləri və mahnılarımız ifa olunub. Tədbirin sonunda Baş Konsulluq tərəfindən bütün uşaqlara və yeniyetməılərə yeni il hədiyyələri paylanılıb.

Xəbər lenti

Xəbər lenti