...

Rusiya səfirliyi: "Rusiya kanallarının Azərbaycan ərazisində yayımının dayandırılması məsələsi iki hökümət səviyyəsində həll olunmalıdır"

Cəmiyyət Materials 27 Dekabr 2006 19:25 (UTC +04:00)

Rusiya kanallarının Azərbaycan ərazisində yayımının dayandırılması məsələsi iki hökümət səviyyəsində həll olunmalıdır. Bu barədə Trend ə eksklüziv olaraq, Rusiya federasiyasının Azərbaycandakı səfirliyinin məsləhətçi-diplomatik nümayəndəsi Pyotr Burdıkin Azərbaycan Milli teleradio şurasının rəhbəri Nuşirəvan Məhərrəmlinin ölkə ərazisində Rusiya kanallarının yayımının dayandarılacağı barədə bəyanatına münasibət bildirərkən söyləyib.

Xatırladaq ki, şuranın sədri yanvarın üçündən Türkiyənin "D" və STV kanallarının, həmçinin Rusiyanın "Pervıy" və "Rossiya" telekanallarının yayımının dayandırılacağı barədə bəyanat vermişdi.

Bu bəyanata şərh verərkən rusiyalı diplomat qeyd edib ki, Azərbaycan və Rusiya arasında rus kanallarının translyasiyasının təmin olunması barədə 1995-ci ildə imzalanmış hökümətlərarası saziş var və bu kanalların yayımı bu sənəd əsasında həyata keçirilir. "Əgər tərəflərdən biri razılaşmadan çıxmaq istəyirsə, bunu yarım ilə etməlidir. Bu müddət ərzində məsələ xarici işlər nazirliyi səviyyəsində həll olunmalıdır. Yəni, Azərbaycan XİN Rusiya tərəfinə müvafiq təkliflərlə müraciət etməlidir"-deyə P. Burdıkin aydınlıq gətirib.

Azərbaycan milli şurası rəhbərinin Rusiya ərazisində bir Azərbaycan kanalının translyasiyası və əvəz olaraq Azərbaycanda bir rus kanalının yayımının mümükünlüyü barədə bəyanatına toxunaraq diplomat söyləyib ki "Hökümətlərarası razılaşmada belə məsələ yoxdur, əgər Azərbaycan tərəfi bu təkliflə çıxış etsə, ona baxmaq olar".

Xəbər lenti

Xəbər lenti