...

Azərbaycan Səhiyyə Nazirliyinin rəhbəri Bərdə və Yevlaxa baş çəkib

Cəmiyyət Materials 27 Dekabr 2006 20:33 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Naziri Oqtay Şirəliyev 16-31 dekabrda keçirilən "Səhiyyə günü" çərçivəsində bu gün Gəncədən sonra Bərdə və Yevlaxa baş çəkib. Nazirliyin məlumatına istinadən "trend"in verdiyi xəbərə görə, nazir Bərdədə 60 çarpayılı uşaq klinikasının açılışında, Yevlaxda isə təcili tibbi yardım bölgə məntəqəsinin açılış mərasimində iştirak edib.

Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsi BP tərəfindən maliyyələşdirilən regional təcili tibbi yardım əməkdaşlığı nəticəsində, ABŞ-ın Beynəlxalq İnkişaf agentliyinin, HESS neft şirkətinin, Chevron şirkətinin, Bakı Tiflis-Ceyhan boru kəməri və Cənubi Qafqaz qaz kəməri layihələrinin maliyyələşdirdiyi təcili tibbi yardımın inkişaf proqramı çərçivəsində bərpa olunub və yenidən tikilib. Hər iki proqram Azərbaycan hökümətinə təcili tibbi yardım xidmətinin gücləndirilməsində texniki yardım gösətrir.

Xəbər lenti

Xəbər lenti