...

"AzərReyl" klubunun voleybolçuları İsveçrədəki turnirdə braziliyalı çempionlara məğlub oldular

Cəmiyyət Materials 28 Dekabr 2006 16:12 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu İsveçrədə start götürmüş ənənəvi "Top Iolley International" turnirindəki çıxışını məğlubiyyətlə başlayıb.

Trend xəbər verir ki, elə ilk oyunda Faiq Qarayevin yetirmələri Braziliyanın "Reksona Ades Rio-de -Janeyro" klubuna 1:3 hesabı ilə məğlub olub. Cənubi amerikalılar görüşün əvvəlindən təşəbbüsü əllərinə alıb və ilk partiyada 25:17 hesabı ilə qalib gəliblər. Fasilədən sonra vəziyyət dəyişməyib və "Reksona" ikinci partiyada 25:19 hesabı ilə qalib gələrək, öz oyununu diktə etməyə başlayıb. Lakin üçüncü partiyada azərbaycanlı voleybolçular iki xal fərqi ilə qalib gələrək, öz rəqiblərini ötə biliblər - 25:23. Ancaq hər şey dördüncü partiyada aydın olub və burada braziliyalılar yenə də güclü çıxış ediblər - 15:25.

Xəbər lenti

Xəbər lenti