...

ATƏT-in Bakı ofisi Ali Məhkəməyə hüquqa dair 300 kitab bağışlayıb

Cəmiyyət Materials 28 Dekabr 2006 17:30 (UTC +04:00)

Dekabrın 28-də ATƏT-in Bakı ofisinin Ali Qanunvericilik Şöbəsinin rəisi Andreas Buş və şöbənin əməkdaşı Məhəmməd Quluzadə Azərbaycanın Ali Məhkəməsində (AM) olublar və AM-yə hüquq sahəsini əhatə edən 300 ədəd kitab bağışlayıblar. Bu barədə Trend ə AM-nin mətbuat xidmətinin rəhbərə Allahverdi Nehrəmli məlumat verib.

Qonaqlar məhkəmənin Cinayət İşləri üzrə kollegiya sədri, AM sədrinin müavini Hacıbala Sadıqovla və hakimlərlə görüş keçiriblər. Görüşdə ATƏT-in Bakı ofisinin Ali Məhkəməyə hüquqi yardımı məsələləri müzakirə olunub. ATƏT-in maliyyə dəstəyi ilə Azərbaycanda və Rusiyada çap olunmuş kitabların bir qismi hakimlərə, digər qismi isə məhkəmənin kitabxanasına təqdim olunub.

Tərəflər ATƏT-in Bakı ofisi ilə Ali Məhkəmənin gələcək əlaqələrinə dair fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti