...

Hüquq-mühafizə orqanları rəhbərləri ilə görüş keçirmək üçün media qurumlarından ibarət heyət yaradılacaq

Cəmiyyət Materials 28 Dekabr 2006 18:33 (UTC +04:00)

Jurnalistlərə təzyiqlərlə bağlı siyasi, ictimai qurumların, media orqanlarının nümayəndələrindən ibarət heyət yaradılacaq və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçiriləcək. Bu barədə Trend ə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.

Bu gün - dekabrın 28-də söz və mətbuat azadlığının müdafiəsi üzrə Koordinasiya Şurasının toplantısı keçirilib. Siyasi partiyaların, QHT-lərin, hüquq müdafiəçilərinin, media orqanlarının nümayəndələrindən ibarət heyət yaradılması barədə qərar qəbul edilib. Heyətin tərkibini Koordinasiya Şurası müəyyənləşdirəcək. Heyət Daxili işlər naziri, milli təhlükəsizlik naziri və baş prokurorla görüş keçirməyi nəzərdə tutur. Görüşdə jurnalistlərə hücumlar, xəsarət yetirilməsi kimi problemlərin aradan qaldırılması məsələləri müzakirə olunacaq. Həmçinin bütün ictimai, siyasi qurumların iştirakı ilə dəyirmi masa keçirilməsi qərara alınıb.

Yalnız jurnalistlərdən ibarət heyətin isə gələn ay piketlər keçirməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti