...

Dekabrın 30-dan yanvarın 1-dək Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunacaq

Cəmiyyət Materials 29 Dekabr 2006 17:33 (UTC +04:00)

Dekabrın 30-dan yanvarın 1-dək Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bu barədə Trend ə cümə günü Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin proqnozlar bürosundan məlumat verilib.

Dekabrın 30-da axşam saatlarında ölkə ərazisində, o cümlədən respublikanın şimal bölgələrində havanın soyuması, qar, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu axşam -2, gündüz +3-6 dərəcə isti təşkil edəcək. Cənub-qərb küləyini şimal-qərb küləyi əvəz edəcək.

Dekabrın 31-də buludlu hava şəraiti müşahidə olunacaq, fasilələrlə yağış və qarın olacağı istisna olunmur və şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Yeni 2007-ci ilin birinci günü - yanvarın 1-i gecədən səhərədək havanın buludlu olacağı, gündüz saatlarında buludlu, lakin yağıntısız olacağı gözlənilir. Şimal-qərb küləyi cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə -1-3, gündüz 0, +3 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti