...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

Cəmiyyət Materials 29 Dekabr 2006 19:42 (UTC +04:00)

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Rusiya Federasiyasının əksər regionlarında, Holandiya, Niderland, Belçika, Almaniya, ABŞ, Kanada, Latviya, Litva, Estoniya, Moldova, Ukrayna, İsveç, Qırğızıstan, Qazaxıstan və başqa ölkələrdə müxtəlif səpgili tədbirlər təşkil olunacaq. Azərbaycan diaspor təşkilatları bu ölkələrdəki bəzi səfirliklərimizin dəstəyi ilə konfranslar, konsert proqramları, ümumi yığıncaqlar, görüşlər keçirəcəklər.

Sabah - dekabrın 30-da saat 12.00-da Fəxri Xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunacaq. Ziyarətdə Dövlət Komitəsinin rəhbərliyi və Bakıya gəlmiş diaspor nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti