...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Kareliya Respublikasının rəhbər şəxslərilə görüş keçirib

Cəmiyyət Materials 1 Fevral 2007 15:53 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanovun Rusiya Federsiyasının Şimalı-Qərb dairəsinə səfərlər çərçivəsində Kareliya Respublikasına işgüzar səfəri başa çatıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Səfər zamanı Q.Osmanov Kareliya parlamentinin sədr müavini, Daxlil İşlər, Milli siyasət Nazırləri, Prokuroru, Rusiya Federasiyası Prezidentinin Kareliyadakı səlahiyyətli nümayəndəsi, Petrozavodsk şəhərinin Meri ilə görüşlər keçirib. Görüşlər zamanı azərbaycanlıların Kareliyada həyat tərzinin yüksəlməsi, ikitərəfli iqtisadi və mədəni əlaqələrin qurulması, Azərbaycan dilində bazar günü məktəblərinin fəaliyyətı, qeyri-leqal yaşayan soydaşlarmızın leqallaşma prosesinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Səfərin əsas məqsədi, Rusiyada yeni qanunların tətbiqi ilə bağlı soydaşlarımıza hüquqi yardımın göstərilməsi, Azərbaycan diasporunun formalaşdırılması və gücləndirilməsidir.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Kareliyadaki nümayəndəliyi və Daxili İşlər Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, yaxın zamanlarda Azərbaycanın Sankt-Peterburqdakı Konsulu və hal-hazırda Baş Konsulluğa ezam olunmuş DİN-nin pasport-qeydiyyat idarəsinin əməkdaşı azərbaycanlıların qeydiyyata düşmə problemlərinin həllinə kömək göstərmək məqsədilə Kareliyaya ezam olunacaqlar.

Xəbər lenti

Xəbər lenti