...

Xocalı soyqırımına həsr olunmuş Haaqa konfransının proqramı hazırlanıb

Cəmiyyət Materials 2 Fevral 2007 13:26 (UTC +04:00)

Fevralın 25-də Haaqada keçiriləcək Xocalı soyqırımına həsr olunmuş konfransın proqramı hazırdır. Bu barədə Trend ə forumun təşkilatçılarından biri olan Türkiyənin İqdır bələdiyyəsindən məlumat verilib.

Konfrans protokol danışıqlarından başlayaraq faciənin görüntülərinin nümayiş etdirilməsi ilə davam edəcək. Konfransın birinci hissəsinə sədrliyi məşhur türk professoru Ənvər Konukçu edəcək. Konfransda türkiyəli diplomat, səfir Bilal Şimşir, orq-general Necəti Özgen, Azərbaycanın Milli Elmlər Akademiyasının tarix institutunun direktoru Yaqub Mahmudov, tarix elmləri namizədi Kərim Şükürov, tarix tədqiqatçısı Yalçın Sarıqaya çıxış edəcək.

Yaqub Mahmudovun sədrlik edəcəyi konfransın ikinci hissəsində türk professorları Ənvər Konukçu və Metin Öztürk, Milli Məclisin deputatı Həvva Məmmədova, tarixçi alimlər Aslantürk Akyıldız və Səfa Yoryukel çıxış edəcək.

Məruzələrdən sonra müzakirələr aparılacaq.

Konfrans işini foto və plakatlar sərgisinə baxışla yekunlaşdıracaq.

Forumun işində həmçinin Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti