...

Litvanın baş naziri Azərbaycan icması ilə görüş keçirib

Cəmiyyət Materials 2 Fevral 2007 16:27 (UTC +04:00)

Litva Respublikasının baş naziri Gediminas Kirkilas hökümət nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri, o cümlədən azərbaycanlılarla görüş keçirib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Litva Azərbaycanlıları Cəmiyyətindən Komitəyə verilən məlumata görə, baş nazir Gediminas Kirkilasla görüş zamanı Litva-Azərbayacan mədəniyyətlərarası dialoqunun genişləndirilməsi məsələlərinə toxunulub və xalqlar arasında bu cür dialoqun aparılmasında, hər iki ölkədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının, o cümlədən diaspor təşkilatlarının əhəmiyyətli rolu olduğu vurğulanıb. Görüşdə Litva ilə Azərbaycan arasında ictimai, mədəni əlaqələrin inkişafı ilə bağlı hökümətlərarası danışıqlar prosesinə və qarşılıqlı mədəni tədbirlərin təşkil olunmasına Litva Azərbaycanlıları Cəmiyyətinin də qatılmasının vacibliyindən danışılıb.

Cəmiyyətin sədri Mahir Həmzəyev 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulan "Litva-Azərbaycan mədəniyyətlərarası dialoq" layihəsini baş nazirə təqdim edib.

Xəbər lenti

Xəbər lenti