...

Azərbaycan ombudsmanı insan haqlarının müdafiəsi üçün Koordinasiya Şurası yaradılması təklifi ilə prezidentə müraciət edib

Cəmiyyət Materials 2 Fevral 2007 17:33 (UTC +04:00)

Azərbaycan ombudsmanı Elmira Süleymanova insan haqlarının müdafiəsi sahəsində dövlət strukturları, QHT və medianın mobil və istiqamətlənmiş fəaliyyətinin təmin edilməsi üçün Koordinasiya Şurasının yaradılması təklifi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə eksklüziv olaraq Trend ə ombudsman E.Süleymanova bildirib.

İnsan haqları üzrə səlahiyyətli nümayəndə Azərbaycan prezidenti tərəfindən 2006-cı il dekabrın 28-də təsdiqlənmiş Azərbaycan respublikasında insan haqlarının müdafiəsi üzrə Milli fəaliyyət planında nəzərdə tutulmuş insan haqları məsələləri sahəsində dövlət strukturları və QHT-lərin fəaliyyətinin koordinasiya edilməsini vacib sayır və gələcək Şuranın fəaliyyətinin səmərəliliyinə inanır.

Ombudsmanın sözlərinə görə, ilk addım kimi müxtəlif dövlət stukturları nümayəndələri ilə ilk göruş keçirilib, görüş çərçivəsində bu sahə üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkinci analoji görüşü ombudsman Azərbaycan QHT nümayəndələri ilə keçirməyi düşünür.

Xəbər lenti

Xəbər lenti