...

Quş qripinə yoluxma ehtimalı ilə Neftçala sakini Bakıya aparılıb

Cəmiyyət Materials 3 Fevral 2007 11:42 (UTC +04:00)

Dünən Neftçala rayonun Boyaq kənd sakini, 1969-cu ildə anadan olmuş Zeynalova Zəminə Gülsəfa qızında 2-tərəfli bronxopnevmoniya əlamətləri müşaidə edildiyi üçün Ağciyər Xəstəlikləri Elmi- tədqiqat İnstitutuna yerləşdirilib. Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun bildirdiyinə görə, quş qripi ilə sətəlcəmin əlamətləri oxşar olduğu üçün hər ehtimala qarşı xəstə Bakıya aparılıb.Kəndin digər sakinləri arasında isə şüpəli xəstəlik əlamətləri müşahidə olunmur.

Dövlət Baytarlıq Xidmətinin Neftçaladakı İdarəsinin baş həkimi Əbülfəz Məlikov isə Trend ə rayonda, o cümlədən şübhəli xəstəlik yaşandığı Boyat kəndində ev və çöl quşları arasında kütləvi tələfat olmadığını bildirdi. Hətta xəstə Zeynalovanın həyətindəki toyuq və qazların salamat olduğunu, lakin hər ehtimala qarşı onlardan götürülmüş nümunələrin təcili olaraq Bakıdakı laboratoriyaya göndərildiyini, Boyaq kəndində dezinfeksiya işlərinə başlandığını dedi.

Qeyd edək ki, yerli sakinlərin dediyinə görə, kəndin yaxınlığında yerləşən təbii gölməçələrdə il boyu çöl quşlarının üzməsi müşaidə edilir.

Xəbər lenti

Xəbər lenti