...

Rusiyanın Serpuxov şəhərindən azərbaycanlıların deportasiya edilməsi barədə məlumalar təsdiqini tapmayıb

Cəmiyyət Materials 3 Fevral 2007 12:32 (UTC +04:00)

Rusiyanın Serpuxov şəhərindən 150 nəfər azərbaycanlının deportasiya edilməsi barədə Azərbaycanın bəzi qəzetlərində yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov məlumat verib.

O bildirib ki, deportasiya barədə yayılan məlumatları dəqiqləşdirmək üçün Dövlət Komitəsində yaradılmış operativ qərargah Azərbaycanın Rusiyadakı səfirliyi, həmçinin bu ölkədəki qərargahlarla əqalə saxlayıb və faktlar araşdırılıb. Ş.Səlimovun sözlərinə görə, məlumat təsdiqini tapmayıb: "Ümumiyyətlə, Rusiyadan azərbaycanlıların kütləvi şəkildə deportasiyası halları yoxdur. Sox az sayda, cəmi bir neçə nəfər çıxarıla bilər ki, əslində belə hallar həmişə olub. Hazırda Rusiyada azərbaycanlılarla bağlı heç bir gərginlik yoxdur və soydaşlarımız Federal Miqrasiya İdarəsinə müraciət edir, sənədlərini qaydaya salırlar"-deyə Komitə nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti