...

Azərbaycan ombudsmanı Moskvada azərbaycanlıların problemlərini müzakirə edəcək

Cəmiyyət Materials 3 Fevral 2007 13:15 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi (ombudsman) Elmira Süleymanova miqrasiya ilə bağlı yeni Rusiya qanununun tətbiqi ilə bağlı Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həll edilməsi vəziyyətini öyrənmək məqsədilə sabah Moskvaya yola düşməyə hazırlaşır. Bu barədə eksklüziv olaraq Trend ə E.Süleymanova bildirib.

Səfər çərçivəsində Azərbaycan ombudsmanı müvəqqəti olaraq RF ərazisində yaşayan azərbaycanlıların haqlarının qorunması vəziyyəti ilə tanış olacaq, müvafiq dövlət strukturlarında görüşlər keçirəcək, ölkə hakimiyyətinin rəsmi şəxsləri ilə həmvətənlərimizin prorblemlərinin həlli yollarını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti