...

Rusiya və Ukrayna xokkeyçiləri Novruz Kubokunda iştirak edəcəklər

Cəmiyyət Materials 3 Fevral 2007 13:21 (UTC +04:00)

Otüstü xokkey Federasiyası martın 25-31-də Bakıda keçiriləcək böyük beynəlxalq turnir Novruz Kubokunun keçirilməsi ideyasını reallaşdırmaq niyyətindədir.

Əvvəl qadın yığması və "Atasport" klubuna başçılıq edən təşkilatın Baş katibi Adil Paşayevin Trend ə verdiyi xəbərə görə, Ukrayna və Rusiya komandaları yarışda iştirak üçün artıq ilk ərizələri göndəriblər. Həm də bu ölkələrin komandaları ilə yerli xokkeyçilər Bakıda dəfələrlə məşqlər və bir sıra sınaq görüşləri keçiriblər. Yaxın vaxtlarda yarışda iştirak etmək istəyənlərin sayının artacağı gözlənilir, həm də hələ turnirin başlanmasına kifayət qədər vaxt var.

Qeyd etmək lazımdır ki, gələcək turnir yığma üçün sentyabrda Mançestrdə keçiriləcək lisenziya xarakterli Avropa çempionatına hazırlıq mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti