...

İrəvan türkləri məhkəmə yolu ilə Ermənistanda qalan əmlaklarının qaytarılmasına nail olmaq fikrindədirlər

Cəmiyyət Materials 3 Fevral 2007 14:18 (UTC +04:00)

İrəvan türkləri məhkəmə yolu ilə Ermənistanda qalan əmlaklarının qaytarılmasına nail olmaq fikrindədirlər. Bu barədə Trend ə İqdır bələdiyyəsi başçısı Nurəddin Aras bildirib.

Onun sözlərinə görə, İqdırda 1917-1918-ci ilərdə erməni vəhşliklərinə məruz qalaraq İrəvandan (hazırkı Yerevan) qaçmış minlərlə ailə yaşayır. Hazırda İqdırda İrəvan türkləri cəmiyyəti yaradılıb, bu cəmiyyət İrəvandan İqdıra, Türkiyənin digər regionlarına və ümumilikdə Avropaya qaçmış köçkünlərin siyahısının tamamlanması üzərində işi başa çatdırır. Bundan başqa, mühacirətdə İrəvan türkləri hökumətinin yaradılması istiqamətində hazırlıq işləri aparılır. Hazırlıq işləri başa çatdıqdan sonra Avropa ölkələrindən birində konqres keçiriləcək, hökumət yaradılacaq və gələcək fəaliyyət planı qəbul ediləcək.

Hökumət rəhbəri vəzifəsinə İqdırın Ticarət-sənaye palatasının hazırkı başçısı Kamal Arslanın təyin edilməsi güman edilir.

Hökumətin gələcəkdə atacağı addımlar sırasında beynəlxalq məhkəmələr yolu ilə hazırkı Ermənistan ərazisində qalmış İrəvan türklərinin əmlak və torpaq yerlərinin qaytarılması əsas yer tutur. Nurəddin Aras əlavə edib ki, bununla əlaqədar bütün lazımi sənədlər var.

Xəbər lenti

Xəbər lenti