...

"PSP Group" əczaçılıq şirkəti Azərbaycan və Özbəkistana ixracatı artırır

Cəmiyyət Materials 5 Fevral 2007 14:00 (UTC +04:00)

Gürcüstanın "PSP Group" əczaçılıq şirkəti ixracatı artırmaq fikrindədir. Şirkət rəhbəri Qoçi Qoqilaşviliyə istinadən Trend xəbər verir ki, şirkət Azərbaycan və Özbəksitana ixracatı artırmağı planlaşdırıb.

"PSP Group" Rusiyada "GMP" şirkətinin xətti ilə artıq 3 məhsulu qeydiyyatdan keçirib. Hazırda Azəbaycan və Özbəkistanda 25 kateqoriya dərman preparatlarının qediyyatı prosesi aparılır.

"PSP Group" fəaliyyətə 1995-ci il mayın 3-də başlayıb. 2000-ci ildə şirkət "GMP" ilk əczaçılıq müəssisəsini açıb, bu müəssisə ISO-9001-2000 keyfiyyət sertifikatına malikdir.

Şirkət 80 kateoriyadan artıq tibbi preparat istehsal edir və 65 aptek müəssisəsinə malikdir.

Xəbər lenti

Xəbər lenti