...

Azərbaycanın futbol üzrə yığma komandasında Özbəkistanla matç ərəfəsində itki yoxdur

Cəmiyyət Materials 5 Fevral 2007 17:40 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığma komandası optimal tərkiblə fevralın 7-də Karşidə keçiriləcək Özbəkistana qarşı dostulq matçına hazırlaşır. Komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata əsasən, yığma oyunlarında praktik olaraq bütün tanınmış oyunçular iştirak edir və hazırda kollektis iş rejimində məşq edir. "Tərkiblə demək olar ki, problem yoxdur. Ona görə də oyunçular tam gücü ilə məşq edir", deyə məşqçi vurğulayıb. O, qarşıdakı görüşün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Belə ki, kollektiv Avropa-2008 çempionatının yığma turlarının asan olmayan görüşləri ərəfəsində müxtəlif oyun sxemlərini qaydaya salacaq.

Xatırladaq ki, qarşıda gələn oyun Azərbaycan yığması üçün bu mövsümdə ilk rəsmi oyun olacaq.

Xəbər lenti

Xəbər lenti