...

Azərbaycanın "klassik" pəhləvanları İstanbuldakı turnirdə iki medal qazandılar

Cəmiyyət Materials 5 Fevral 2007 17:44 (UTC +04:00)

Azərbaycanın Yunan-Roma güləşi üzrə komandası İstanbulda keçirilən ənənəvi Əmrə Vehbi memorialında iki medal qazanıblar.

Trend xəbər verir ki, kollektivin tərkibində gənclər arasında Avropa birinciliyinin mükafatçısı Zakir Abdullayev fərqlənib. O, 60 kq-a qədər çəki kateqoriyasında bürünc medala layiq görülüb. Hərbi qulluqçular arasında dünya çempionu Elbrus Məmmədov (66 kq) öz yoldaşından bir qədər yaxşı çıxış edib. O, finala çıxaraq, bolqar Plamen Petrova məğlub olub. Eyni zamanda Azərbaycan qeyri-rəsmi ümumi komanda hesabatında otuz doqquz xalla beşinci yeri tutub və yekun protokolunda Rumıniya, Ermənistan və Gürcüstanı geridə qoyub.

Qeyd etmək lazımdır ki, Türkiyəyə səfər bu ilin məsuliyyətli turnirləri ərəfəsində yığmanın namizədlərinin potensialını yoxlamaq üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti