...

MDB-nin iştirakçı-dövlətlərinin əmək miqrantlarının hüquqi statusu haqqında Konvensiya layihəsi hazırlanır

Cəmiyyət Materials 5 Fevral 2007 17:56 (UTC +04:00)

Fevralın 6-7-də Minskdə MDB-nin İcra komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tamamlanması üzrə ekspert qrupunun növbəti iclası keçiriləcək. Bu barədə Trend MDB-nin İcra komitəsinə istinadən xəbər verir.

12 dekabr 2006-cı ildə Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyinin üzv-dövlətlərinin əhalisinin sosial müdafiəsi, əmək və miqrasiya üzrə Məsləhət Şurasının iclasında əvvəl hazırlanmış Konvensiya layihəsi nəzərdən keçirilib. Müzakirələrin nəticələrinə görə MDB İcra komitəsinə bu iclas zamanı tərəflərin söydəkləri fikirləri nəzərə almaqla Konvensiya layihəsinin tamamlanmasını təşkil etməyin həvalə olunması haqqında qərar qəbul olunub.

Artıq Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya ekspert qrupunun iclasında öz nümayəndələrinin iştirakını təsdiq edib. Ekspert qrupunun iclasında həmçinin MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının və Ümumi həmkarlar konfederasiyasının nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti