...

2007-ci ildən etibarən Azərbaycanda Ümumdünya səhiyyə təşkilatının nümayəndəliyinin yeni başçısı fəaliyyət göstərir

Cəmiyyət Materials 5 Fevral 2007 18:31 (UTC +04:00)

2007-ci ilin yanvar ayından Azərbaycanda Ümumdünya səhiyyə təşkilatının nümayəndəliyinin yeni başçısı təyin olunub. Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, nümayəndəliyin əvvəlki başçısı Pavel Ursu Kamran Qaraxanov əvəz edib.

O, 1973-cü ildə Bakı şəhərində anadan olub, 23 saylı orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Tibb Universitetini Cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə, Zaltsburqda (Avstriya) ürək-damar cərrahiyyəsi sahəsində İnternaturanı, ABŞ Harvard Universitetinin Tibb Kollecində səhiyyənin təşkilinin keyfiyyətinin yaxşılaşdırılması üzrə səhiyyə sistemlərinin yüksək hissə rəhbərləri üçün təhsil dövrünü bitirib. Müxtəlif illərdə kurslarda - cərrahiyyə sahəsində Yeni Texnologiyalar, Auto Suture Co (Moskva 1999), ABŞ, Cornell Universiteti, Weill Tibb Kollecinin təşkil etdiyi Kardiologiya üzrə seminarda (Avstriya, 2000), reanimasiya və təcili yardım sahəsində Avropa protokolları üzrə kurs (2005), Təcili tibbi yardım üzrə kurs (Rumıniya, 2000), səhiyyə və gigiyenanın qlobal elektron sistemindən istifadə üzrə kurs (2005), sualtı təbabət kursu- Milli Hiperbarik Mərkəzinin Sertifikatı, Böyük Britaniya (Aberdin, 2004), ISAR tərəfindən təşkil olunmuş Tibb Layihələrinə rəhbərlik üzrə kurs (2000), ABŞ-ın Schweitzer Uni

versitetinin təşkil etdiyi təcili tibb üzrə seminarda (1998) və s. iştirak edib.

Keçmiş SSRİ ərazisində aparıcı tibb mərkəzlərindən birində (Moskva hökumətinin mərkəzi) damar cərrahiyyəsi şöbəsində həkim, Azərbaycan Dövlət Tibb Universitetində cərrahiyyə xəstəlikləri kafedrasında müəllim, Azərbaycan Açıq Cəmiyyət İnstitutunda Bölgələrdə Təxirəsalınmaz Tibbin İnkişafı layihəsinin administratoru vəzifəsində, MediClub Ltd özəl Tibb Sektorunda, Leyla Şıxlinskaya Klinikasında - LSH menecer, əməli həkim kimi işləyib.

Öz təyinatına qədər K.Qaraxanov BP Azerbaijan şirkətində mərkəzi səhiyyə şöbəsində baş Tibb müşaviri kimi çalışıb.

Bundan başqa, o, "Selektiv portokval şuntlamanın aparılması zamanı autovenoz transplantların istifadəsi" mövzusunda cərrahiyyə ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib, respublika və beynəlxalq elmi nəşrlərdə 20-dən çox elmi məqalənin müəllifidir. Hazırda mini-invaziya cərrahiyyəsi sahəsində doktorluq dissertasiyası üzərində işləyir.

İngilis, rus, Azərbaycan, türk və alman dillərini bilir.

Xəbər lenti

Xəbər lenti