...

Milli Məclisin komissiya sədri: "İnsan hüquqları daimi komissiyasının üzvləri Məhkəmə Huquq Şurasında görüş keçirəcəklər"

Cəmiyyət Materials 5 Fevral 2007 19:18 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvləri yaxın günlərdə Məhkəmə Huquq Şurasında görüş keçirəcəklər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova məlumat verib.

R.Aslanova qeyd edib ki, rəhbərlik etdiyi komissiyaya daxil olan şikayətlər hər ayın sonunda belə bir görüşün keçirilməsini zəruri edir. Bu səbəbdən də komissiya üzvlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşü yaxın günlərdə baş tutacaq.

"Görüşdə əsasən məhkəmə qərarlarının icrasının ləngiməsi və mülki mübahisələr məsələsini müzakirə edəcəyik. Bu məsələlərlə bağlı elə məqamlar var ki, onlar Məhkəmə Hüquq Şurasının üzləri ilə görüşməyi tələb edir. Lakin bu hakimiyyətin bir qolunun digər qoluna təsir göstərməsi deyil. Bu bir əməkdaşlıq istəyidir və bununla Azərbaycan vətəndaşlarının hüquq və maraqlarını qoruyuruq", -deyə komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti