...

"Son bir ildə uşaq evlərində yaşayan 5 uşaq öz valideynlərinə qaytarılıb"-Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 6 Fevral 2007 12:40 (UTC +04:00)

Son bir ildə uşaq evlərində yaşayan 5 uşaq özlərinin bioloji valideynlərinə qaytarılıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıqlama verib.

O, qeyd edib ki, uşaq evlərində yaşayan uşaqların əksəriyyətinin valideynləri var. Komitə sədrinin sözlərinə görə, çox zaman sağlam uşaqlar belə müəssisələrdə qeyri-sağlam uşaqlarla bir yerə salınır və bu da normal olanlara mənfi təsir göstərə bilər. H.Hüseynova qeyd edib ki, uşaq evlərindəki uşaqların sağlamlıqlarına düzgün diaqnoz qoyulmur. Buna görə də Dövlət Komitəsi Səhiyyə Nazirliyinin köməkliyi ilə uşaqların tibbi müayinədən keçirilməsinə nail olub. Komitə sədrinin sözlərinə görə, düzgün müayinə aparılmamasına görə bir uşaq evinin müdiri işindən azad olunub və barəsində cinayət işi qaldırılıb. 4 uşaq müəssisəsində belə yoxlamalar aparılıb və hamısında həyata keçirilməsi nəzərdə tutulur.

H.Hüseynova onu da qeyd edib ki, Dövlət Komitəsi uşaqların hüquqlarının müdafiəsi, ana və uşaqların sağlamlıq problemləri ilə bağlı layihələr həyata keçirib, milli konfranslar təşkil olunub.

Xəbər lenti

Xəbər lenti