...

Rəbiyyət Aslanova: "Azərbaycan hökuməti istənilən bir qanunda zamanın tələblərinə uyğun şəkildə dəyişiklik etmək iqtidarındadır"

Cəmiyyət Materials 6 Fevral 2007 12:43 (UTC +04:00)

"Azərbaycan hökuməti heç bir qanunu ehkam kimi qəbul etmir və istənilən bir qanunda zamanın tələblərinə uyğun şəkildə dəyişiklik etmək iqtidarındadır." "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsinə ehtiyacın olub-olmaması ilə bağlı Trend in sualını cavablandıran Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova belə deyib.

Qeyd edək ki, hazırda qüvvədə olan "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurası arasında danışıqlar davam edir. Növbəti müzakirələr mart ayında Bakıda keçiriləcək.

R.Aslanova bildirib ki, ölkəmizin milli qanunvericiliyində edilən dəyişikliklər hər hansı beynəlxalq təşkilatın təzyiqi nəticəsində baş vermir.

"Burada cəmiyyətin istəyi və tələbləri əsas götürülür. Əgər cəmiyyətin inkişafı və baş verən proseslər bu və ya digər qanunda dəyişiklik etməyi zərurətə çevirirsə biz bunu reallaşdırırıq".

Xəbər lenti

Xəbər lenti