...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin bir illiyi ilə bağlı hesabat verilib

Cəmiyyət Materials 6 Fevral 2007 12:50 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin bir ilinin tamam olması münasibəti ilə qurumun sədri Hicran Hüseynova kütləvi informasiya vasitlərinə hesabat verib. Trend in məlumatına görə, H.Hüseynova 6 fevral 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir il ərzində gördüyü işlər barədə danışıb.

H.Hüseynova qeyd edib ki, Komitəsinin Əsasnaməsi, işçilərin sayı, ştatı 9 avqust 2006-cı ildə təsdiqlənib. Komitənin fəaliyyət istiqamətlərinə təşkilati tədbirlərin təşkili, inkişaf proqramlarının, qanunvericiliyə dəyişiliklərlə bağlı təklif və tövsiyələrin hazırlanması, monitorinqlərin aparılması, vətəndaşların şikayətlərinə baxılması və digər işlər daxildir. Bir il ərzində Komitəyə 1000-ə yaxın şikayət daxil olduğunu deyən H.Hüseynovanın sözlərinə görə, onların hamısı nəzarətə götürülüb və müvafiq dövlət orqanları qarşısında qaldırılıb. Komitə bir il ərzində qaçqın-köçkün gənclər, qadın zorakılığı ilə mübarizə, ahıllar evində yaşayan qocaların həyatının yaxşılaşdırılması, gender bərabərliyi, məhbus qadınların hüquqları, uşaqların hüquqlarının müdafiəsi, gənclərin reproduktiv sağlamlığı ilə bağlı layihələr həyata keçirib, milli konfranslar təşkil edib. Bu tədbirlər, monitorinqlər həm Azərbaycanın müvafiq nazirikləri, həm də beynəlxalq təşkilatlarla birgə həyata keçirilib.

Dövlət Komitəsi həmçinin BMT, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlarla məkdaşlıq çərçivəisndə müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştira edib. BMT-nin "Qadınlara qarşı ayrıseçikliyin bütün formalarının aradan qaldırılması Komitəsi"ndə Azərbaycanın hesabatı dinlənilib. Prezident İlham Əliyevin bu il yanvarın 29-31-də Fransaya səfəri çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bu ölkənin müvafiq dövlət qurumu arasında əməkdaşlıq sazişi bağlanıb.

Xəbər lenti

Xəbər lenti