...

Prezident aparatının şöbə müdiri: Azərbaycandan İnsan haqları üzrə Avropa məhkəməsinə daxil olan iddiaların sayı başqa ölkələrdən çox deyil

Cəmiyyət Materials 6 Fevral 2007 12:56 (UTC +04:00)

Əgər kifayət qədər ədalətlilik, məhkəmə qərarlarının qanunlara uyğun olması və onların müstəqilliyi təmin olunsa, o zaman Azərbaycandan İnsan haqları üzrə Avropa məhkəməsinə verilən müraciətlərin sayı azalacaq. Bu barədə Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Azərbaycandan İnsan haqları üzrə Avropa məhkəməsinə daxil olan iddiaların sayı başqa ölkələrdən çox deyil. Ə.Həsənov vurğulayıb ki, Azərbaycana uyğun olan başqa ölkələrlə müqayisədə bu say hətta azdır.

Şöbə müdiri bildirib ki, hökumət Avropa məhkəməsinə Azərbaycandan ümumiyyətlə şikayətlərin daxil olmasını istəmir və müraciət daxil olan zaman da Azərbaycan məhkəmələrinin qərarlarının qüvvədə qalmasını arzulayır. O həmçinin qeyd edib ki, bu, imicə və başqa məsələlərə də təsir edir.

"Lakin nə etmək olar. Azərbaycan Avropanın hüquq sahəsindədir. Elə insanlar var ki, onlar Azərbaycanda məhkəmələrin qərarları ilə razılaşmır. Bu, onların hüququdur. İnsan haqları üzrə Avropa məhkəməsinə müraciət etmək də onların konstitusiya hüququdur. Ona görə də biz çalışmalıyıq ki, insanlar yerlərdə məhkəmələrin qərarlarından razı qalsınlar. Lakin, bir qayda olaraq, qalib gələn razıdır, məğlub olan isə yox", - deyə Ə.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti