...

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrini fəxri fərmanla təltif edib

Cəmiyyət Materials 6 Fevral 2007 14:16 (UTC +04:00)

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı fəxri fərmanla təltif edib. Trend in məlumatına görə, fevralın 6-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən Dövlət Komitəsi sədrinin Gənclər Təşkilatının nümayəndələrilə görüşündə bu mükafat H.Hüseynovaya təqdim olunub.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Hicran Hüseynovanın qaçqın v məcburi köçkünlərin ailə, uşaq problemlərinə diqqət və qayğı ilə yanaşmasını, həmçinin bu Gənclər təşkilatı ilə sıx əməkdaşlığını nəzərə alaraq onu fəxri fərmanla mükafatlandırmaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti