...

Azərbaycanda vərəm xəstələrinin qida rasionu dəyişdiriləcək

Cəmiyyət Materials 6 Fevral 2007 15:01 (UTC +04:00)

Vərəmə məhkum xəstələrin qida rasionu dəyişdiriləcək. Bu barədə Trend ə Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı qarışıq tipli İslah müəssisəsinin rəhbərliyi məlumat verib.

Yazda 3 saylı islah müəssisəsində adi yolla müalicə oluna bilməyən vərəmin xüsusi ağır formasının müalicəsi üçün DOTC+ proqramı start götürəcək. Bu proqram çərçivəsində müəssisəyə texniki təminat veriləcək: Azərbaycana dərman preparatları və texnika göndəriləcək. DOTC+ çərçivəsində hökumətin maliyyə dəstəyi ilə vərəm xəstələrinin qida rasionunun tamamilə dəyişdirilməsi, yəni rasionun kalorili qida məhsulları ilə gücləndirilməsi planlaşdırılır.

3 saylı müəssisədə 800 məhkum cəza çəkir, onlardan 450 nəfəri dispanserdədir (2-si qadın).

Vərəmin müalicəsinin effektivliyi üçün müəssisənin 8 həkimi ixtisasın artırılması üçün iki treninqdən keçəcəklər.

Xəbər lenti

Xəbər lenti