...

"Bakı" futbol klubu argentinalı forvardı özünə qaytardı

Cəmiyyət Materials 6 Fevral 2007 15:27 (UTC +04:00)

"Bakı" futbol klubu Azərbaycan çempionatının ikinci dairəsi ərəfəsində heyətin komplektləşdirilməsi prosesini başa çatdırıb.

Trend xəbər verir ki, milli birinciliyin ikinci dairəsindən əvvəl komandanın son aldığı idmançı vaxtilə Böyükağa Hacıyevin yetirmələri ilə çıxış edən argentinalı Fernando Peres olub. Kollektivdən getdikdən sonra o, bir müddət Serbiyada çıxış edib, lakin klubun funksionerləri ona qayıtmağı təklif edəndə o, yenə də "Bakı"ya qayıtmaq istədiyini bildirib. Güman edilirdi ki, F.Peres hətta Moskvada Dostluq Kubokunda da çıxış edə biləcək, lakin argentinalının keçidi üzrə bütün detallar yalnız bu yaxınlarda qaydasına salınıb.

Qeyd etmək lazımdır ki, Fernando bəzən stabilliyin çatışmadığı ön hissədə kollektivin oyununu gücləndirməlidir.

Xəbər lenti

Xəbər lenti