...

"AzərReyl" voleybol klubu kadr problemlərini həll edir

Cəmiyyət Materials 6 Fevral 2007 16:06 (UTC +04:00)

"AzerReyl" qadın voleybol klubu fevralın 8-də çempionlar liqasının "Foppopedretti"yə qarşı ilk matçında iştirak etmək üçün Berqamoya yola düşüb.

Trend in məlumatına əsasən, görüşdən əvvəl Avropa Kubokunun favoritlərindən olan matçı üçün taktiki sxemlər əldə etmək üçün komanda Türkiyə və İsveçrədə bir sıra yoxlama görüşləri keçirib. Baş məşqçi Faiq Qarayev üçün əsas baş ağrısı komandada qrup mərhələsinin nəticəsinə görə ən yaxşı blokadaçısı Kseniya Kavalenkonun analıq məzuniyətinə çıxması ilə bağlı tərkibdə olmamasıdır. Buna görə də məşqçi planlaşdırdığı oyun təsvirinə təcili surətdə yenidən baxmalı olub. Kseniyanı komandada Dərya Zamanova və ya Aygün Kərimovanın əvəz etməsi mümkündür.

Xatırladaq ki, qrup mərhələsinin nəticəsinə əsasən, "AzərReyl" qrupda İtaliyanın "Skavolini" və İstanbulun "Ədzəçibaşi" komandasını önə buraxaraq 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti