...

Qrossmeyster Teymur Rəcəbov Eduard Dubovun reytinqində səkkizinci yeri tutur

Cəmiyyət Materials 7 Fevral 2007 17:39 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İsveçrə sistemi ilə FİDE komissiyası üzvü Eduard Dubovun reytinqində səkkizinci yeri tutub.

Trend xəbər verir ki, dərəcələrin yenilənmiş cədvəlinə əsasən, Veyk-An-Zee superturnir qalibinin şəxsi əmsalı 2743,8 xala bərabərdir ki, bu da ona ukraynalı Vesiliy İvançuku, rusiyalı Pyotr Svidleri, israilli Boris Qelfandı, İngiltərədən Maykl Adamsı, macar Yudit Polqar və bir çox başqa məşhur idmançıları geridə qoymağa imkan verir. Teymurla qonşuluqda isə beynəlxalq mövsümü hələ açmayan Şəhriyar Məmmədyarov doqquzuncu yerdə qərarlaşıb.

Reytinqin qalibi isə səvvəlki kimi, Harri Kasparovdur, Veselin Topalov və Vişvanatan Anand müvafiq tolaraq ikinci və üçüncü yerlərdə qərar tutublar.

Xəbər lenti

Xəbər lenti