...

Məhkumların şikayətlərinin olmaması insan haqları üzrə işin nəticəsidir

Cəmiyyət Materials 7 Fevral 2007 17:41 (UTC +04:00)

"Məhkumların ictimai nəzarət təşkilatına və digər beynəlxalq təşkilatlara şikayətlərinin olmaması insan haqlarının müdafiəsi sahəsində aparılan işin effektliliyinin göstəricisidir". Bu barədə Trend ə Azərbaycan Ədliyyə Nazirliyi insan haqları və ictimaiyyətlə əlaqə üzrə idarə rəisi Faiq Qurbanov bildirib.

Azərbaycanda məhkumların hüquq müdafiəçilərinə şikayət etmək üçün çox imkanları var və onlar bəzən bundan istifadə edirlər. Lakin son vaxtlar bu şikayətlər demək olar ki, yoxdur.

İnsan haqlarının respublika məhkəmələrində müdafiəsi məsələsinə toxunaraq F.Qurbanov bildirib ki, həmişə tərəflərdən biri - ya müdafiə, ya ittiham tərəfi məhkəmə qərarlarından narazı olur və bu, normaldır. Lakin insan haqlarının pozulması faktı olarsa, Məhkəmə-hüquq şurası hakimləri məsuliyyətə cəlb etməklə bu məsələni həll edir.

Xəbər lenti

Xəbər lenti