...

Azərbaycan Boks Federasiyası prezidenti AIBA qərarlarından razı deyil

Cəmiyyət Materials 8 Fevral 2007 11:20 (UTC +04:00)

Azərbaycan Boks Federasiyası prezidenti Ağacan Abiyev Ümumdünya Həvəskar Boks Assisiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vunun vəzifə fəaliyyətindən narazıdır.

A.Abiyev özü Trend ə bildirib ki, Taypey nümayəndəsi təşkilatın on dörd komissiyasının rəhbərləri vəzifəsinə artıq şəxsləri təyin edib, halbuki namizədlər səsvermə yolu ilə seçilməlidir. O qeyd edib: "AIBA qaydalarını nə qədər bilməyəsən ki, bu cür addımlar atasan. AIBA - ictimai təşkilatdır və bu təşkilatda seçkilər demokratik yolla keçirilməlidir. Həmçinin boksu bilən və Ümumdünya Assosiasiyasında iş təcrubəsi olan şəxslər seçilməlidir".

Qeyd etmək yerinə duşər ki, A.Abiyev Terri Smitin rəhbərlik etdiyi AIBA hakim komissiyasına daxil ola bilər.

Xəbər lenti

Xəbər lenti