...

Gürcüstan və Azərbaycan Ədliyyə Nazirlikləri 2007-ci il üçün əməkdaşlıq proqramı imzalayıblar

Cəmiyyət Materials 8 Fevral 2007 15:28 (UTC +04:00)

Fevralın 8-də Gürcüstan ədliyyə naziri Qie Kaftaradze və Azərbaycan maliyyə naziri Fikrət Məmmədov 2007-ci il üçün ikitərəfli əməkdaşlıq proqramı imzalayıblar. Bu barədə Trend ə Azərbaycan Ədlliyyə Nazirliyi mətbuat xidmətindən bildiriblər. Proqram beynəlxalq öhdəliklərin yerinə yetirilməsini, ədliyyə əməkdaşlarının təlim keçməsini, məhkəmə ekspertizası, penitensiar sistem sahəsində təcrübə mübadiləsi və s. nəzərdə tutur.

Həmçinin nazirlər iki ölkənin oxşar problemlərini və sosial durumunu müzakirə ediblər. Rəsmi səfər Gürcüstan nümayəndə heyətinin Şəhidlər Xiyabanına ziyarəti ilə başlayıb. Nümayəndə heyətinin tərkibində ədliyyə nazirinin müavini Qivi Mikanadze, məhkəmə ekspertizası milli bürosunun rəhbəri Mamuka Mameladze və ictimaiyyət və mətbuatla əlaqələr üzrə departament rəhbəri Teya Kimiridze iştirak edir. Nümayəndə heyəti həmçinin Heydər Əliyev muzeyi və Ədliyyə Nazirliyi muzeyinin materialları ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti