...

Bakıya bədii gimnastika üzrə Avropa Çempionatına otuz üç ölkə təqdim olunub

Cəmiyyət Materials 8 Fevral 2007 16:45 (UTC +04:00)

29 iyun - 1 iyul tarixində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatına 33 dövlət ilkin ərizə göndərib. Federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata əsasən, bu ölkələr - Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlyandiya, Fransa, Böyük Britaniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Sloveniya, İsveçrə, Slovakiya, İsveç, Türkiyə, Ukrayna və təbii ki, Azərbaycandır. Bu barədə federasiyanın mətbuat xidmətinə Lozannada Gimnastika üzrə Avropa Birliyinin (UEG) katibliyindən məlumat verilib.

Onlardan 31 gimnast fərdi turnirdə iştirak edəcək. Köhnə dünyanın 24 komandası gənc qruplarla yarışacaq.

Xatırladaq ki, hər dövlət 3 fərdi, bir ehtiyat idmançı, qrup məşqlərində gənc komanda ilə təqdim oluna bilər.

Avro-2007-yə ilkin ərizələr çempionatın ilk 2 günündə (29-30 iyun) komanda hesbında Avropanın çempionı müəyyənləşəcəyini bildirir. Yarışmaların son günündə 5 cüt toppuzla qrup məşqlərində ən yaxşı yığma komanda və ayrı-ayrı finallarda qaliblər (ip, qurşaq, toppuz və lent) məlum olacaq.

Mətbuat xidməti həmçinin məlumat verib ki, 15-18 apreldə Bakıya UEG-nin nümayəndələri - təşkilatın direktoru Manfred Kuxt və bədii gimnastika üzrə texniki komitənin prezidenti Xayde Druneder gələcək. Onlar təşkilati komitənin növbəti iclasında iştirak edəcək və Avropa çempionatının keçirilməsi üçün bir sıra texniki məsələləri müzakirə edəcək.

Avropa birinciliyi ilə bağlı olan mövzular UEG-nin texniki komitəsinin üzvlərinin Lozannada keçirilmiş iclasında əsas diqqət mərkəzində olub. Qeyd olunub ki, Bakı çempionatı KXR-2008 Olimpiya oyunları üçün lisenziya statusu daşıyan Yunanıstanda sentyabrda keçiriləcək dünya birinciliyi ərəfəsində böyük əhəmiyyət kəsb edir.

Xəbər lenti

Xəbər lenti