...

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Meksikaya yola düşür

Cəmiyyət Materials 8 Fevral 2007 17:11 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Meksikaya yola düşüb. Orada martın 16-da ənənəvi Moreliya-Linares superturniri start götürür.

Trend xəbər verir ki, onun tez yola düşməsinin səbəbi uçuşun uzun olması və başqa qitəyə uyğunlaşmağın lazım olmasıdır. Ona görə də Teymur, başqa işitrakçılar kimi, şahmat təqvimində ən nüfuzlu hesab olunan yarışın təntənəli açılış mərasimindən bir qədər tez Meksikaya gələcək. Yarışda bolqar Veselin Topalov, hindistanlı Vişvanatan Anand, Levon Aronyan, Rusiyadan Aleksandr Morozoviç və başqa tanınmış qrossmeysterlər iştirak edəcəklər.

Xatırladaq ki, T.Rəcəbov Moreliyada Veyk-An-Zeyedəki superturnirin qalibi dərəcəsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti