...

"Lusiano Torresə cavabı rinqdə verəcəyəm", - peşəkar boksçu Əli İsmayılov

Cəmiyyət Materials 8 Fevral 2007 17:47 (UTC +04:00)

Lusiano Torresə cavabı mən rinqdə verəcəm. Bu barədə boksçu Əli İsmayılov Sankt-Peterburqda keçirilən mətbuat konfransında bəyan edib. pro-box.ru saytına istinadən Trend məlumat verir ki, idmançı öz gücünə əmin olduğunu bildirib. Lakin L. Torres səs-küylü bəyanat vermək imkanını qaçırmayıb. "Mən WBO titulunu Braziliyaya aparmağa hazırlaşıram. Mən 12 yaşından kapuero ilə məşğul oluram və sizin boksçular mənim üçün rəqib deyil", deyə Torres bəyan edib. Hər şey Torresin rəqibinin başını kəsməsini əks etdirən effektli jesti ilə tamamlanıb.

Qeyd etmək laxzımdır ki, dəfələrlə vaxtı dəyişdirilmiş görüş fevralın 10-da Neva şəhərində "Konti" kazinosunda keçəcək.

Xəbər lenti

Xəbər lenti