...

Azərbaycan və Türk Diasporlarının I Forumu martın 9-da Bakıda keçiriləcək

Cəmiyyət Materials 8 Fevral 2007 19:13 (UTC +04:00)

Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bu il martın 9-da Bakı şəhərində keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Foruma Azərbaycan Respublikası və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu azərbaycanlı və türk icmalarının, türkdilli xalqların və dövlətlərin təmsilçiləri də qatılacaq. Foruma 48 ölkədən ümumilikdə 450 nəfərə yaxın nümayəndənin dəvət olunması planlaşdırılır. Bundan başqa, 30-dan çox ölkədən Azərbaycan və Türk diasporlarının inkişafında xidmətləri olmuş, ümummilli maraqlarımızın qorunması işində fəal iştirak etmiş ayrı-ayrı şəxslər, siyasi xadimlər, parlament və hökumət üzvləri, tanınmış alimlər və ziyalılardan ibarət şəxslərin Foruma qonaq kimi dəvət olunacağı gözlənilir.

Forumda Türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərərlilyiin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı, onların problemlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı məsələlər müzakirə ediləcək.

Forumun nəticəsi olaraq bir sıra mühüm sənədlər qəbul olunacaq. Bunlardan ən mühümü "Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"dır. Qeyd edək ki, sənəddə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətini şərtləndirən tarixi, siyasi, iqtisadi, sosial-psixoloji amillər, əməkdaşlığın prinsip və istiqamətləri, habelə əhatə edəcəyi əsas sahələr öz əksini tapvb. Bundan başqa Forum iştirakçıları adından Dünya türkdilli xalqlarına Müraciət, Bakı bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı birgə bəyanat, bədnam "erməni soyqırımı" iddialarının tanınması barədə qərar qəbul edən ölkələrə etiraz bəyanatının qəbul olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti