...

Hüquq müdafiəçiləri ATƏT PA sədri ilə Azərbaycandakı vəziyyəti müzakirə ediblər

Cəmiyyət Materials 9 Fevral 2007 12:16 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlığ Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker fevralın 9-da ATƏT-in Bakı ofisində hüquq müdafiəçiləri ilə görüşüb. Görüşdə iştirak edən vəkil Fuad Ağayev "Trendə" bildirib ki, onlar əsasən insan hüquq və azadlıqlarının təmin olunması, bu sahədə olan problemlər və Dağlığ Qarabağ münaqişəsinin insan hüquqlarını qorunması problemlərini müzakirə ediblər. "Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı öz üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməsi, bu sahədə olan qanunvericiliklə islahatların aparılmasının zəruriliyini vurğuladıq. Q.Lenmarker isə bildirdi ki, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində islahatlar bütün Avropa ölkələrində həyata keçirilir və bunun üçün vətəndaş cəmiyyətinin nümayəndələri ilə hökümət arasında bir anlaşma olmalıdır", - deyə F.Ağayev əlavə edib.

Xatırladaq ki, görüşdə Aslan İsmaylov, İntiqam Əliyev, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva və başqaları iştirak ediblər.

Qeyd edək ki, hazırda Q.Lenmarkerin vətəndaş cəmiyyətinin digər nümayəndələri ilə görüşü davam edir.

Xəbər lenti

Xəbər lenti