...

Mətbuat Şurası 6 qəzet barəsində verilən 8 şikayətə dair rəy çıxaracaq

Cəmiyyət Materials 9 Fevral 2007 12:26 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası 6 qəzet barəsində quruma daxil olan 8 şikayətlə bağlı bu gün - fevralın 9-da rəy çıxaracaq. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclasında müzakirəyə çıxarılacaq bu şikayətlər qəzetlərin peşə davranışları qaydalarına əməl etməməsi ilə bağlıdır. Şikayətlər arasında bir qəzetin digər qəzetdən şikayəti, onu "reketçilikdə" ittiham etməsi də var. Həmçinin bəzi qəzetlərdən şikayət verən sahibkarlar onları şantaj xarakterli məlumatlar yaymaqda günahlandırır. Digər şikayətlər isə qəzetlərin yoxlanılmamış məlumatlar yayması ilə bağlıdır. Şikayətlər üzrə Komissiya 6 qəzet barəsində rəy çıxaracaq, sonra Mətbuat Şurasının İdarə Heyəti bu rəylər əsasında müvafiq qərarlar verəcək.

Xəbər lenti

Xəbər lenti