...

Mətbuat Şurasının adından sui-istifadə edilməsi halları ilə bağlı cənub rayonlarında araşdırma aparılacaq

Cəmiyyət Materials 9 Fevral 2007 13:39 (UTC +04:00)

Bəzi bölgələrdə mətbu orqanların qanunazidd əməllərinin araşdırılması üçün Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bölgələrə səfərə çıxacaq. Bu barədə Trend ə R.Hüseynzadə özü məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə cənub rayonlarında bir qrup jurnalist Mətbuat Şurasının adından istifadə edərək müxtəlif obyektlərdən rüşvət alırlar. Mətbuat Şurası belə jurnalistlərin həm Peşə Davranışı Qaydalarına zidd olan fəaliyyətini, həm də Mətbuat Şurasının adından sui-istifadə etməsini araşdıracaq: "Təəssüf ki, bəzi bölgələrdə at oynadan qəzet əməkdaşları var və onlar özlərini hökm sahibi kimi aparırlar. Bizim adımızdan rüşvət tələb etmək cəhdləri barədə də məluamtlar almışıq. Bütün bunları yoxlamaq üçün cənub bölgəsinə səfər edəcək, şikayətçilərlə, həmçinin həmin jurnalistərlə görüşəcəyəm. Araşdırmaların nəticəsi barədə açıqlamalar veriləcək"-deyə Şuranın icraçı katibi bildirib.

Xəbər lenti

Xəbər lenti