...

Azərbaycan Boks Federasiyasının prezidenti Beynəlxalq Olimpiya Komitəsinin rəhbərinə müraciət edəcək

Cəmiyyət Materials 9 Fevral 2007 15:46 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Dünya Boks Həvəskarları Assosiasiyasında (AİBA)baş verən özbaşınalıqla bağlı Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqqeyə müraciət etmək niyyətindədir.

Trend in məlumatına əsasən, bu qərara səbəb bu günlərdə Taylandda keçirilən icraiyyə komitəsinin müşavirəsi ilə bağlı olan qalmaqaldır. İclasın əvvəlində təşkilatın vitse-prezidenti Eduard Xusainov müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb və rusiyalının ekstremist qruplardan birinə məxsus olması faktı ilə tədqiqat işi qaldırılıb. "Bu sadəcə absurddur və AİBA-da çox yaxşı bilirlər ki, onlar düzgün etməyiblər. Bu yolla yalnız Moskvadan lisenziyalı xarakter daşıyacaq bu ilin dünya çempionatını almaq istəyirlər", deyə A. Əbiyev qeyd edib. O, həmçinin qeyd edib ki, bu olay onu göstərir ki, indi AİBA-nın müşavirələrinə getmək artıq təhlükəsiz olmayacaq.

Xəbər lenti

Xəbər lenti