...

"Neftçi" futbol klubu ölkə çempionatının ikinci dövrəsi üçün heyətini müəyyənləşdirib

Cəmiyyət Materials 10 Fevral 2007 11:34 (UTC +04:00)

"Neftçi" futbol klubu qış fasiləsi dövründə ölkə çempionatının ikinci dövrəsi qarşısında üç oyunçu ilə heyətini möhkəmləndirib.

Trend xəbər verir ki, bu il yetmiş illik yubileyini qeyd edən komanda "İnter" üçün oynamış forvard Samir Əliyevi, müdafiəçi Rəşad Sadıxovu, həmçinin Hüseyn Məhəmmədovu komandanın heyətinə cəlb edib. Birinci adı qeyd edilən oyunçu bakılılara pulsuz başa gəlib, belə ki, hücumçü özü artıq keçən il müqavilə müddəti bitmiş klubla müqavilənin müddətini uzatmaq istəməyib.

Xatırladaq ki, ölkə birinciliyinin birinci dövrəsində bir sıra mühüm xalları itirərək "Neftçi" dördüncü yerdə qərarlaşıb. İkinci dövrə öncəsi fasilə dövründə isə komanda Antaliyada təlim-məşq toplantıları keçirib və bir sıra yoxlama görüşlər aparıb.

Xəbər lenti

Xəbər lenti